"Əminəm ki, hakimiyyətin əleyhdarları mənim devrilməyim üçün planlaşdırdıqları variantlarından heç birini həyata keçirə bilməyəcəklər". 

İqtisadiyyat.az xəbərverir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko parlament və yerli şuralara seçkilərdə səs verdikdən sonra seçki məntəqəsində jurnalistlərə bildirib.

"Onların heç bir variantı, hətta ən radikal variantı Belarusda işləməyəcək. Biz əvvəlki səhvlərimizdən necə nəticə çıxaracağımızı bilirik. Ona görə də onların ümid edəcək heç nəyi yoxdur", - Belarus lideri bildirib.