Belarus Prezidenti Aleksandr Lukaşenko Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) baş katibi Çjan Minqi Çinin ənənəvi Bahar Festivalı münasibətilə təbrik edib, ölkənin müxtəlif ŞƏT formatlarında iştirak etməyə hazır olduğunu qeyd edib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Belarus liderinin mətbuat xidməti məlumat yayıb.

"Respublikamız ŞƏT-in müxtəlif formatlarında yeni statusa cəlb olunmağa tam hazırdır", - deyə dövlət başçısı vurğulayıb. 

O, təşkilatın baş katibinə Belarusun ŞƏT-ə tamhüquqlu üzv kimi qəbulu prosesində göstərdiyi ciddi dəstəyə görə minnətdarlığını bildirib.

Lukaşenko qeyd edib ki, 2023-cü ildə ŞƏT ailəsi yeni üzv (İran) qəbul edəcək ki, bu da ölkələr arasında etimadın və mehriban qonşuluğun möhkəmlənməsinə növbəti sübutdur.