İtaliyanın “Roma” klubunun futbolçusu Romelu Lukaku portuqaliyalı hücumçu Ronaldoya məxsus avrokuboklarda ardıcıl qol rekordunu yeniləyib.

İqtisadiyyat.az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasına istinadən xəbər  verir ki, belçikalı forvard UEFA Avropa Liqasının ardıcıl 12 matçında fərqlənərək bunu reallaşdırıb. Əvvəlki rekordçu Ronaldu 2017-2018-ci illərdə UEFA Çempionlar Liqasının ardıcıl 11 görüşündə qol vurub.