“Vaşinqton administrasiyası Baltikyanı ölkələrə qarşı təhdidlərin qarşısını almaqda qərarlıdır və bu dövlətlərin azadlığını, suverenliyini təmin etməyə sadiqdir”.

İqtisadiyyat.az xəbər verir ki, bunu Estoniyanın paytaxtı Tallində keçirilən mətbuat konfransında ABŞ-ın müdafiə naziri Lloyd Ostin bildirib.

“Biz ümumi təhlükəsizliyimizə hər hansı təhdidin qarşısını almaq və ondan qorunmaq əzmindəyik və bununla bağlı sizinlə həmrəyik”, - o deyib.

Onun sözlərinə görə, ABŞ Silahlı Qüvvələri Baltikyanı ölkələrdə dayanıqlı rotasiya iştirakını qoruyacaq.

ABŞ-ın müdafiə naziri vurğulayıb ki, NATO alyansın şərq hissəsində müdafiə imkanlarını gücləndirir.