Liviyanın gündəlik xam neft hasilatı son 12 ilin ən yüksək səviyyəsinə çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bunu Liviyanın Baş naziri Əbdülhəmid Dibeybe deyib.

Baş nazir Liviyanın hazırkı xam neft hasilatının 1 milyon 363 min barrel olduğunu bildirib.

"Bu rəqəm neft sektorunu inkişaf etdirmək və 2025-ci ilin sonuna qədər (gündəlik) hasilatı 2 milyon barrelə çatdırmaq planımızın bir hissəsidir", - deyə nazir vurğulayıb.