İngiltərə Premyer Liqası təmsilçisi "Liverpul" heyətini yeni futbolçu ilə gücləndirib.

İqtisadiyyat.az xəbər verir ki, "Liverpul" "Brayton"un argentinalı yarımmüdafiəçisi Aleksis Mak Allisteri heyətinə qatıb.

Futbolçu ilə 2028-ci ilədək müqavilə imzalanıb. Bu transfer üçün Liverpul şəhər təmsilçisi 35 milyon avrosundan keçməli olub.