Livandan Qolan təpələrinə atılan raket hücumları nəticəsində 2 nəfər yaralanıb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İsrail polisinin mətbuat xidməti məlumat yayıb.

"Raketin avtomobilə dəyməsi nəticəsində iki nəfər yaralanıb", - məlumatda deyilir.

Bundan əvvəl ordunun mətbuat xidməti Livandan Qolan təpələrinin mərkəzi hissəsinə doğru 40-a yaxın raketin atıldığını bildirmişdi. Bir neçə raket əraziyə düşüb.

***

21:38

Livandan Qolan təpələrinin mərkəzi hissəsinə doğru 40-a yaxın raket atılıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

"Livandan mərkəzi Qolan yüksəklikləri ərazisinə 40-a yaxın raket atılıb. Əraziyə bir neçə raketin düşməsi qeydə alınıb", - məlumatda deyilir.