"İsrail ordusu Livandan atılan 45 raketin İsrail ərazisinə uçduğunu qeydə alıb, onlardan bəziləri hava hücumundan müdafiə sistemi tərəfindən zərərsizləşdirilib".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Hərbçilər qeyd ediblər ki, hücumlar nəticəsində itki olmayıb. 

Bundan əvvəl ordu İsrailin şimalında 35 dəqiqə ərzində hava hücumu sirenlərinin 5 dəfə səsləndiyini bildirmişdi.