Livandakı silahlı qruplar tərəfindən İsrailin şimalına ən azı 20 raket atılıb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, raketlərin bir hissəsi zərərsizləşdirilib, qalanları isə yaşayış olmayan əraziyə düşüb.

Hadisə nəticəsində ölən və yaralananlar barədə məlumat yoxdur.