Litvanın müxtəlif ölkələrdəki beş diplomatik nümayəndəliyinə bu həftə binalara partlayıcı qoyulması barədə məlumat daxil olub.

Bu məlumatı Delfi xəbər portalına Respublika Xarici İşlər Nazirliyinin mətbuat nümayəndəsi Paulina Levikite təsdiqləyib.

"Biz sakit reaksiya veririk. Görünür, bunlar növbəti informasiya hücumudur. Hüquq-mühafizə orqanları insidentləri araşdırır", - o deyib.

Xarici İşlər Nazirliyinin nümayəndəsi hansı ölkələrdə səfirliklərin bu cür hədələr aldığını açıqlamayıb.