Litva bu ilin sonuna qədər Ukraynaya hərbi yardımın həcmini 40 milyon avrodan 50 milyon avroya qədər artıracaq.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə Litva Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, ölkə xüsusilə Ukraynanın uzaqmənzilli silahlarının istehsalının inkişafına 10 milyon avro sərmayə qoymaq niyyətindədir.
Ümumillikdə bu il ölkənin Ukraynaya hərbi yardımının həcmi 153 milyon avro təşkil edib.
Gözəl Həşimova