Litvanın yeni çağırış Seymi (parlamenti) keçmiş baş nazir, “Litva Adı Uğrunda” partiyasının hakim koalisiyasının sədri Saulius Skvernyalisi spikeri seçib.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə Litva hökumətinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Skvernyalisin namizədliyini 107 deputat dəstəkləyib, 19 nəfər əleyhinə səs verib, 10 deputat isə bitərəf qalıb. Bir bülleten isə düzgün doldurulmadığı üçün etibarsız sayılıb.
Qeyd olunur ki, yeni çağırış parlamentdə üç partiyadan ibarət olan hakim koalisiya fəaliyyət göstərəcək. Bu partiyalar: 52 mandat qazanmış Litva Sosial Demokrat Partiyası, 20 mandatlı "Nemana Şəfəqi" partiyası və 14 mandatla “Litva Adı Uğrunda” partiyasıdır.
Bundan əvvəl Litvanın baş naziri İnqrida Şimonyte parlament seçkilərində müxalifətin qələbəsini məntiqi nəticə kimi qiymətləndirib.