Vilnüs Praqanın Ukrayna üçün mərmi almaq təşəbbüsünə qoşulacaq. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Baltik Respublikasının Baş naziri İnqrida Simonyte çexiyalı həmkarı Petr Fiala ilə telefon danışığında bildirib.

"Bu, çox mühüm təşəbbüsdür, xüsusən də nəzərə alsaq ki, Ukraynaya döyüş sursatının tədarükü səngiyib. Litva Ukraynaya yardımın bütün formatlarını dəstəkləyir. Bu dəfə də belə olacaq", - Simonyte qeyd edib.

Fevralın 17-də Çexiya prezidenti Petr Pavel Münxen Təhlükəsizlik Konfransında bildirib ki, təşəbbüsü həyata keçirmək üçün vəsait olarsa, Praqa Ukrayna üçün üçüncü ölkələrdən yüz minlərlə artilleriya mərmisi almaq imkanını tapıb.