Yeni il qabağı Litva və Belarus sərhədində yüzlərlə yük maşını dayanıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Litvanın Nəzarət Məntəqələri Direktorluğunun saytında bildirilir.

Məlumata görə, dörd buraxılış məntəqəsindən üçündə gözləmə müddəti iki günü ötüb.

Bildirilib ki, Belarusa daxil olmaq üçün dörd yol keçidində 864 yük maşını növbəyə dayanıb.

 

Gözəl Həşimova