Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.

"RİA Novosti" xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətindən məlumat verilib. 

Məlumata görə, telefon danışığı zamanı ölkə başçısı İlham Əliyev və Rusiya lideri Vladimir Putin Qarabağ üzrə sazişlərin icra vəziyyətini nəzərdən keçiriblər.