Lənkəranda qadın meyiti tapılıb.

İqtisadiyyat.az xəbər verir ki, Lənkəran şəhəri, Şəhidlər Xiyabanı, ev 14 ünvanında bədən səthində xəsarət olmayan, təxminən 35-40 yaşlarında, tanınmaz halda skeletləşmiş qadın cinsli meyit aşkar olunub.

İlkin araşdırmalara görə meyit əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, uzun müddətdir ki, narkotik vasitələrin istifadəçisi olmuş 1984-cü il təvəllüdlü Allahverdiyeva Şəhla Hüseyn qızına məxsusdur.