İqtisadiyyat.az xəbər verir ki, bu barədə abidəyə cavabdeh olan Rusiya Prezidentinin Federal Təhlükəsizlik Xidməti (FSO) məlumat yayıb.
Belə ki, Vladimir Leninin məqbərəsi aprelin 23-dən mayın 19-dək bağlı olacaq.
Muzeyə girişin müvəqqəti məhdudlaşdırılmasına səbəb 9 May şərəfinə keçirilən tədbirlərdir və bu zaman binanın örtülməsi nəzərdə tutulub.
Məqbərə sonuncu dəfə 2023-cü ildə bağlanıb.
Gözəl Azadəliyeva