Ukraynada Vladimir Leninin heykəli satışa çıxarılır.

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, satışa çıxarılan heykəl Çerkassı vilayətinin Mankovka kəndində yerləşir. Heykəlin hərracdakı qiymətinin 14 min dollardan başlayacağı bildirilir.

Sözügedən heykəl 5 metr uzunluqdadır və 3 ton ağırlığı var. Bu heykəl 1978-ci ildə bürüncdən hazırlanıb. 

Heykəl öz sahibini 27 martda tapacaq.