Ləğv prosesində olan Pakistan Milli Bankının Bakı filialı mülkiyyətində olan nəqliyyat vasitəsinin satışını elan edib.
İqtisadiyyat.az xəbər verir ki, bank 2006-cı il istehsallı, gümüşü rəngli və 1.8 mühərrikli "Toyota Corolla" markalı minik avtomobilini satışa çıxarıb.
Qeyd edilib ki, maraqlı tərəflər öz təklifləri ilə bağlı bankla əlaqə saxlaya bilərlər.
Qeyd edək ki, Bank verdiyi kreditlərin təminatı kimi girov qoyulmuş daşınmaz əmlakları, kompüter avadanlıqları və kompüter mebelləri, eləcə də ofis avadanlıqları və ofis mebellərini bir müddət əvvəl satışa çıxarıb.
Xatırladaq ki, Pakistan Milli Bankının Bakı filialının lisenziyası 2022-ci ildə Mərkəzi Bank tərəfindən ləğv edilib. Bank 1996-2022-ci illərdə fəaliyyət göstərib.