Ləğv prosesində olan “Azərelektroişıq” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
İqtisadiyyat.az xəbər verir ki, yığıncaq sentyabrın 24-nə təyin olunub.
İclasın gündəliyində aşağıdakı məsələlər durur:
1. Ümumi yığıncağın gündəliyinin təsdiq olunması;
2. “Azərelektroişıq” ASC-nin qalıq əmlakının bölünməsi planını əks etdirən hesabatın və son ləğv balansının təsdiq edilməsi;
3. Digər məsələlər.