Rusiya XİN rəhbəri Sergey Lavrov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Hindistanda bir araya gəliblər.

İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı Rusiya XİN sözcüsü Mariya Zaxarova məlumat verib.

Məlumatın üçün qeyd edək ki, hazırda Hindistanın paytaxtı Dehlidə G20 XİN rəhbərlərinin görüşü davam edir. Ararat Mirzoyan isə "Risin dialoqu" konfransında iştirak üçün Hindistana 2 günlük səfərə gedib.