"Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında razılaşmaların alternativi yoxdur"

İqtisadiyyat.az xəbər verir ki, bunu Rusiyanın XİN rəhbəri Sergey Lavrov deyib. O qeyd edib ki, Moskva Cənubi Qafqazda stabilləşmə ilə bağlı razılaşmaların yerinə yetirilməsini təmin etmək üçün hər cür səy göstərəcək.

"Bakı və İrəvan arasında sülh müqaviləsinin mətni üzərində iş fəal şəkildə davam edir, biz danışıqların konstruktiv keçəcəyinə ümid edirik", - o əlavə edib.