"Fransa Ukrayna böhranında vasitəçilik etmək üçün öz dəstəyini təklif edir".

İqtisadiyyat.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov jurnalistlərə bildirib.

“İndi Avropada nə baş verdiyini bilməklə demək mümkündür ki, bu vasitəçilik istəyi özünü diqqət mərkəzinə çəkmək istəyidir”, - o, qeyd edib.

"Cənab Makronun sələfi cənab Fransua Olland həm vasitəçi, həm də Minsk razılaşmalarının təminatçısı idi. O dedi ki, onlar münaqişənin həlli üçün heç nə etməyiblər. Sadəcə vaxt udublar", - Lavrov keçmiş Fransa prezidentinin sözlərini xatırladaraq Minsk razılaşmalarının BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiqləndiyini qeyd edib.