Rusiya Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada Lavrov ilə Çinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Hui arasında bu gün Moskvada baş tutan görüşlə bağlı qiymətləndirmələr aparılıb.

İqtisadiyyat.az xəbər verir ki, görüşdə Ukrayna böhranının müzakirə edildiyini paylaşan açıqlamada Lavrov Çinin Ukrayna böhranı ilə bağlı balanslı mövqeyinə görə təşəkkürünü bildirib və Pekinin böhranın həllində müsbət rol oynamağa hazır olduğunu təqdir edib.

Lavrovun Ukrayna və Qərb ölkələrini böhranın həllinə maneələr yaratdıqlarına görə tənqid etdiyinə diqqət çəkən Lavrov, Moskvanın münaqişəyə siyasi və diplomatik həll yolu tapmağa sadiqliyini bir daha vurğulayıb.

Bəyanatda qeyd olunub ki, hər iki rəsmi Rusiya-Çin xarici siyasət qarşılıqlı fəaliyyətini daha da gücləndirməyə hazır olduqlarını bildiriblər.