BMT Baş Assambleyasının 78-ci sessiyasında iştirak edəcək Rusiya nümayəndə heyətinə xarici işlər naziri Sergey Lavrov başçılıq edəcək. 

İqtisadiyyat.az bu barədə dünya mediasına istinadən xəbər verir.

Nümayəndə heyətinin tərkibində onun namizədliyi prezident Vladimir Putin tərəfindən təsdiqlənib. 
Prezident həmçinin nümayəndə heyətinin tərkibinə xarici işlər nazirinin müavini Sergey Verşinin, Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin sədri Qriqori Karasin, BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya, Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutskini də daxil edib.

Qeyd edək ki, BMT Baş Assambleyasının 78-ci sessiyasının açılışı 2023-cü il sentyabrın 5-də baş tutacaq. Trinidad və Tobaqo Respublikasının daimi nümayəndəsi Dennis Frensis növbəti il üçün sessiyanın prezidenti seçilib. O, "sülh, rifah, tərəqqi və davamlılıq" üzərində dayanacağını bildirib. Sentyabr sessiyası ABŞ-ın Nyu-York şəhərində keçiriləcək. Bloomberg mənbələrinə görə, sessiyada Ukrayna prezidenti Volodimir Zelenski iştirak edəcək.