Rəsmi Moskva Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladıqları bütün razılaşmaların qeyd-şərtsiz yerinə yetirilməsinin tərəfdarıdır.

İqtisadiyyat.az xəbər verir ki, bu fikri Rusiyanın xarici işlər naziri Sergey Lavrov martın 20-də Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilə Moskvada keçirdiyi görüşün yekunlarına dair mətbuat konfransında deyib.