"Gələn həftə baş nazirin müavinlərinin rəhbərlik etdiyi üçtərəfli qrupun nəqliyyat kommunikasiyalarının blokunun açılması məsələlərinə dair iclası keçiriləcək. Ümid edirik ki, nəticə müsbət olacaq".

İqtisadiyyat.az xəbər verir ki, bunu Moskvada Azərbaycan, Rusiya və Ermənistan XİN rəhbərlərinin üçtərəfli görüşündən sonra Sergey Lavrov bildirib.

"Artıq tərəflər yekun razılaşmaya yaxındırlar"-deyə o qeyd edib.