Latviya Rusiya səfiri Mixail Vaninin fevralın 24-dək ölkəni tərk etməsini tələb edir.

Bu barədə Latviya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Latviyanın Rusiya Federasiyasındakı səfirinin də fevralın 24-dək Rusiyanı tərk edəcəyi bildirilir. 

Qeyd edək ki, bu gün Estoniya Rusiya səfirindən ölkəni tərk etməsini istəyib.