Latviya Prezidenti Edqars Rinkeviçs velosipeddən yıxılaraq sağ əlinin biləyini və sol əlinin barmağını sındırıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “Delfi” portalı məlumat yayıb.

Rinkeviçsin ictimaiyyətlə əlaqələr üzrə müşaviri Martins Dregerisin jurnalistlərə verdiyi məlumata görə, xəsarətlər dövlət başçısının işinə təsir etməyəcək.