NATO ölkələri öz hərbi personalını Ukraynaya göndərmək barədə razılığa gəlməyə hazır deyil. 

İqtisadiyyat.az xəbər verir ki, bu fikri Latviyanın baş naziri Evika Silina Berlində Almaniya kansleri Olaf Şoltsla birgə mətbuat konfransında deyib.

"Qoşunların göndərilməsinə gəlincə, mən hesab edirəm ki, biz NATO daxilində bunu etməyə hazır deyilik", - o deyib. 

Latviya hökumətinin başçısının sözlərinə görə, Qərb qoşunlarının Ukraynaya göndərilməsi təşəbbüsü "müzakirə hələ başa çatmadığı üçün yaxşı düşünülməyib".