İspaniya çempionu "Barselona"nın ispaniyalı hücumçusu Lamin Yamal yaş rekorduna imza atıb.

İqtisadiyyat.az "Opta"ya istinadən xəbər verir ki, o, 16 yaş 278 günlük yaşında Çempionlar Liqasının pley-off mərhələsində assist edən ən gənc futbolçudur.

Fransa çempionu PSJ ilə qarşılaşmada Lamin Yamalın ötürməsindən sonra braziliyalı hücumçu Rafinya fərqlənib. "Barselona" 1:4 hesabı ilə uduzaraq yarışdan kənarlaşdırılıb. Parisdə keçirilən ilk oyunda "Barselona" 3:2 hesabı ilə qalib gəlib.

PSJ-nin yarımfinaldakı rəqibi Madrid "Atletiko"sunu məğlub edən "Borussiya" Dortmund olacaq.