İsmayıllı rayonu, Lahıc qəsəbəsi ərazisində torpaq uçqunu baş verib. Nəticədə yol kənarındakı bir neçə elektrik dirəyi aşıb, yol bağlanıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli açıqlamasında bildirib ki, Lahıcda torpaq uçqunu zamanı bağlanan yolun açılması istiqamətində işlər aparılır:

“Dağdan yolun hərəkət hissəsinə qaya parçaları uçub. Hazırda əraziyə texnika və canlı qüvvə cəlb edilib. Təxminən 40 dəqiqə ərzində yol qaya parçalarından təmizlənəcək”.