İqtisadiyyat.az xəbər verir ki, görülən işlər çərçivəsində yaşayış məntəqələrində təmir-tikinti işləri aparılır.
Belə ki, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti Kürdhacı kənd yaşayış məntəqəsinin 1-ci mərhələ üzrə layihələndirilməsi işlərinə başlayır.
Qurum layihələndirmə işlərinin icrasını "Azərdövlətsənayelayihə" Dövlət Layihə İnstitutuna həvalə edib və onunla müqavilə bağlayıb. Müqaviləyə əsasən, layihənin icrası 907.789,58 manata başa gələcək.
Eyni zamanda, Ərikli kənd yaşayış məntəqəsinin 1-ci mərhələ üzrə layihələndirilməsi işlərinin icrası isə İnteqris MMC-yə həvalə olunub və 910.370 manat dəyərində müqavilə bağlanılıb.