Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan mülki avtomobillərin sərbəst keçidi davam edir.

İqtisadiyyat.az APA-nın Şuşaya ezam olunan müxbirinə istinadən xəbər verir ki, bir qədər əvvəl yoldan Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus altı minik avtomobili Xankəndidən Laçın istiqamətinə keçib.