Azərbaycana Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü ilə Qırğızıstandan 100 baş yak gətirilib.

Məlumata görə, iribuynuzlu heyvanlar ilkin olaraq Laçının Qorçu kəndinə daha sonra isə Kəlbəcər dağlarına buraxılacaq.

Qeyd edək ki, yaklar Kənd Təsərrüfatı Nazirliyinin rəsmiləri və Qırğız mütəxəssislərin müşayiətilə gətirilib. Artıq müəyyən edilmiş ərazilərə təlimatlandırıcı lövhələr vurulur.