Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Kürdəmirdə qızılcaya yoluxan məktəblilərin son durumunu açıqlayıb.

Bu barədə İqtisadiyyat.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

"Kürdəmir rayon 2 saylı tam orta məktəbin 6 nəfər şagirdi, Kürdəmir rayon Pirili kənd orta məktəbinin 1 nəfər şagirdi, Göyçay rayon Alpoud kənd orta məktəbinin 2 nəfər şagirdi olmaqla müxtəlif tarixlərdə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər. Onlardan 5-i qız, 4-ü oğlan olub. Pasiyentlərə hazırda zəruri tibbi xidmət göstərilir, stasionar şəraitdə müalicələri davam etdirilir. Vəziyyəti stabil olaraq qiymətləndirilir", - məlumatda bildirilib.

Sadiq Cavadov