İqtisadiyyat.az xəbər verir ki, kredit təşkilatının nizamnamə kapitalı 10 milyon manata çatdırılıb.

BOKT-nin nizamnamə kapitalı 2023-cü il üzrə 5 milyon manat, 2024-cü il üzrə isə 8 milyon manat təşkil edib. 

Qeyd edək ki, bu ilin əvvəlində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT “İnternational” ASC-nin səhmlərinin ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilib və səhmlərin yerləşdirilməsi üzrə hərrac keçirilib. Yerləşdirmə uğurla yekunlaşdığı üçün ASC-nin nizamnamə kapitalı artırılıb.

Bununla yanaşı kredit təşkilatının hazırda dövlət qarşısında külli miqdarda vergi borcu da yığılıb. Bu günə olan məlumata əsasən, BOKT-nin Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 475 460.81 manat ödənməmiş vergi borcu mövcuddur.

Xatırladaq ki, BOKT 2013-cü ildə dövlət qeydiyyatına alınıb, qanuni təmsilçisi Həsənov Nicat Vaqif oğludur. Kredit təşkilatının nizamnamə kapitalının 100%-i isə onun qardaşı Həsənov Rifat Vaqif oğluna məxsusdur.