Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) kollektiv qüvvələrin təlimlərinə hazırlaşır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Təşkilatın mətbuat xidməti məlumat yayıb. Təlimlərin bu il keçirilməsi planlaşdırılır, burada hərbçilərlə yanaşı, üzv ölkələrin dövlət təhlükəsizlik orqanları, polis qüvvələri, Fövqəladə Hallar və Xarici İşlər Nazirlikləri də cəlb ediləcəklər.

Məlumata əsasən, 28-30 mart tarixlərində Moskvada Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstan nümayəndə heyətlərinin iştirakı ilə tədbirlərin planlaşdırılması üzrə danışıqlar aparılıb:

“Belarus ərazisində ilk dəfə birgə radiasiya-kimyəvi-bioloji mühafizə üzrə xüsusi təlim keçiriləcək. Qırğızıstan ərazisində birgə sülhməramlı əməliyyatlar keçiriləcək”, - mətbuat xidməti əlavə edib.