Səudiyyə Ərəbistanının “Əl Nəsr” klubunun kapitanı Kriştianu Ronaldo 2 oyunluq cəzalandırılacaq.

İqtisadiyyat.az xəbər verir ki, buna portuqaliyalı futbolçunun ölkə kubokunun yarımfinalında qarşılaşdıqları “Əl Hilal” ilə matçın 86-cı dəqiqəsində rəqibi dirsəklə vurması səbəb olub.

Qeyd edək ki, 39 yaşlı oyunçu bu mövsüm meydana çıxdığı 37 oyunda 36 qol vurub, 12 məhsuldar ötürmə ilə yadda qalıb.

Ronaldonun cəzasının yalnız kubok oyunlarına şamil olunması gözlənilir.