Kristal Abşeron Anbardar vəzifəsinə işçi axtarır.

Tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə 2-3 il iş təcrübəsi (tikinti şirkətlərində iş təcrübəsinin olması üstünlük təşkil edəcək),
  • Yaxşı səviyyədə kompüter bacarıqları (MS Office proqramları),
  • Azərbaycan dilini mükəmməl bilməli, Rus dili arzuolunandır,
  • Komandada işləmək bacarığı.

Vəzifə öhdəlikləri:

  • Anbar üzrə mövcud mal və materialların təhlükəsizlik və bütövlük təminatını nəzarətdə saxlamaq;
  • Mədaxil-məxaric sənədlərinin dövriyyəsini, mal- material təhvili qaydaları üzrə sənədləşmə prosesinə riayət olunması təmin etmək;
  • Anbar sahələrindən səmərəli istifadə, materialların axtarılmasının asanlaşdırılması və tezləşdirilməsi nəzərə alınmaqla anbarda malların qəbulu, yerləşdirilməsi və buraxılması işlərini idarə etmək.
  • Anbarda mal və materialların müvafiq sistem və ardıcıllıqla və səliqə ilə yığılması və yerləşdirilməsini təmin etmək;
  • Mal-material dövriyyəsinin yalnız təsdiq edilmiş sənədlər əsasında həyata keçirilməsini təmin etmək;
  • Mühasibatlıq tərəfindən təyin edilən dövriyyə hesabatları üçün müvafiq məlumatı mütəmadi olaraq təmin etmək;
  • Anbarda mövcud bütün mal-materialların üzərində mühasibatlıq tərəfindən təyin edilmiş kodların olmasını təmin etmək;
  • Anbarda sahənin vəziyyətinə, avadanlığın və inventarın vaxtlı təmirinə nəzarət etmək;
  • Əmək təhlükəsizliyi və sağlamlığın mühafizəsi, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarına riayət etməklə Anbarda yükləmə-boşaltma işlərini təşkil etmək;
  • Mal və materialın inventarizasiyasına təlimatlara uyğun hazırlaşmaq, təşkil etmək və iştirak etmək;
  • Köhnəlmiş, zərər görmüş, xarab olmuş mal - materialları təyin etmək və onlar barədə müvafiq izahatı mühasibatlığa təqdim etmək;
  • Anbar əməliyyatlarının uçot və hesabatlarının aparılmasına nəzarət etmək;
  • Anbarın işçilərinə rəhbərlik etmək və işçilərinin işlədikləri vaxtın tabel uçotunu aparmaq;
  • Anbar işinin şirkətdaxili təlimat və qaydalara uyğun olaraq idarəedilməsini həyata keçirmək.

İş şəraiti:

  • 6 günlük iş qrafiki;
  • İş yeri: Bakı şəhəri;
  • Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.

Əlaqə:

Vakansiya ilə bağlı müraciət üçün CV formasını hr@kristalabsheron.az e-mail vasitəsilə mövzu yerinə “Anbardar” üzrə yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.