“Kreml Qarabağda vəziyyətin gərginləşməsindən narahatdır”.

Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov danışıb.

O, Moskvanın hadisələri çox diqqətlə izlədiyini qeyd edib:

“Tərəfləri təmkinli olmağa, ən əsası məlum üçtərəfli sənədlərin bütün müddəalarına əməl etməyə çağırırıq”, - deyə dövlət başçısının sözçüsü əlavə edib.