"Ermənistanda baş verənlər hələlik Qarabağa dair əldə olunmuş razılaşmanın həyata keçirilməsinə təhlükə törətmir".

TASS xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dimitriy Peskov mətbuat konfransında bildirib.

Kreml rəsmisi həmçinin Ermənistandakı hadisələrə baxmayaraq Qarabağ razılaşmasının yerinə yetirilməsi yolu ilə irəliləməyin zəruriliyini qeyd edib.