Dekabrın 18-də Kosovonun şimalındakı 4 bələdiyyədə keçiriləcək növbədənkənar yerli seçkilər öncəsi şimaldakı şəhərlərdə partlayış səsləri eşidilib.


İqtisadiyyat.az xəbər verir ki, yerli medianın məlumatına görə, serblərin avtomobil nömrələri ilə bağlı son hadisələrə görə yerli qurumlardan geri çəkilməsindən sonra erkən yerli seçkilərlə bağlı işlərin başladığı şimaldakı bələdiyyələrdə partlayış səsləri eşidilib.

Zveçanda siren səslərinin eşidildiyi, Avropa İttifaqının (AB) Qanunun Aliliyi (EULEX) Missiyasına bağlı qüvvələrin Mitrovitsa şəhərinin cənub və şimal tərəflərini birləşdirən İber körpüsünün təhlükəsizliyini artırdığı açıqlanıb.

Bildirilib ki, Kosovo Mərkəzi Seçki Komissiyası (KQZ) rəsmiləri Kosovo Polisini şimaldakı ofislərinə qədər müşayiət edib, lakin oraya daxil ola bilməyiblər.

Serb məmurlarının istefasından sonra KQZ-nin ölkənin şimalındakı ofisləri təhlükəsizlik səbəbilə bağlanıb.