“BMT Baş Assambleyasının sədri Çaba Koroşi Beynəlxalq Cinayət Məhkəməsinin həbsinə dair order verməsinə baxmayaraq, Rusiya Prezidenti Vladimir Putinlə görüşməyə hazırdır”.

İqtisadiyyat.az xəbər verir ki, bunu brifinqdə Baş Assambleya rəhbərinin rəsmi nümayəndəsi Polina Kubiak deyib.

Kubiak qeyd edib ki, Rusiya BMT Baş Assambleyasının üzvüdür və beynəlxalq təşkilatın Təhlükəsizlik Şurası və Baş Assambleya “başqa formalar” almayana qədər bu, dəyişməyəcək.

Xatırladaq ki, Haaqa Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Prezidenti Vladimir Putinin həbsi üçün beynəlxalq order verib.