Koronavirus haqqında hər kəsin yetərincə məlumatı var. Demək olar ki, bu virusa hamı yoluxub. Bəzi insanlar yoluxmanı ağır xəstəlik formasında, bəziləri yüngül simptomlarla, bəziləri isə özü hiss etmədən ayaqüstü keçirib. Ona görə də, deməyə əsas verir ki, bu virusun yeni forması necə və ya hansı ştammından asılı olmayaraq yüngül formada keçiriləcək. Çünki artıq orqanizm bu virusla tanışdır. Yalnız bəzi xəstələrdə (şəkərli diabet, ürək-damar xəstəlikləri, tənəffüs sistemi xəstəlikləri, həyat üçün təhlükəli olan bir sıra xəstəliklər, yaşı 70 - dən yuxarı olan şəxslər və s.) ciddi ola bilər. Hər bir insan buna qarşı psixoloji olaraq hazırlamalıdır. Psixologiyası zəif olanlar virusla daha tez xəstələnir və müalicəyə o qədər gec tabe olur.

Qrip kimi müxtəlif xəstəliklər törədən viruslar zaman - zaman həyatımıza daxil olaraq yaşam tərzinə çevrildiyi kimi koronavirus da həyatımıza daxil oldu və orqanizmimiz onu tanıyaraq yaşam tərzinə çevrildi. Amma bütün hallarda hər kəs diqqətli olmalıdır.

ATU-nun Farmakologiya kafedrasının baş müəllimi, tibb üzrə fəlsəfə doktoru İlqar Tahirov saytımıza açıqlamasında bildirdi ki, bu dönəmdə təbii qidalara üstünlük vermək lazımdır:

"Göyərtilərdən, meyvələrdən, immuniteti qaldıran qidalardan eyni zamanda, təbii süd və süd məhsullarından bol istifadə etəmli, süni qidalardan isə maksimum yayınmalıyıq.

Həmçinin, açıq havada gəzmək, yaşam və ya iş otaqlarında daima hava dəyişdirilməlidir. Hər hansı xəstəlik əlamətləri ( hərarət qalxdıqda, halsızlıq törəndikdə, öyümə - qusma əlamətləri baş verdikdə, boğaz ağrısı, baş ağrəsı, təngnəgəsıik və s. kimi əlamətlər) hiss etdikdə öz sağlamlığınızı həkimlərə etibar etməlisiniz. Özbaşına sağlamlığınızı risk altına atıb bu əlamətləri aradan qaldıracaq dərmanlardan istifadə etməməlisiniz. Bu əlamətlər meydana çıxan zaman mütləq həkimə müraciət etməlisiniz. Əks təqdirdə həyatınız üçün təhlükə yarada bilərsiniz.

Bu əlamətlərin yaranması orqanizmin kompensator funksiyası ilə əlaqədardır. Bu əlamətlər yaranan kimi orqamizmin kompensator funksiyası aktivləşərək yaranmış əlamətlərə qarşı mübarizə aparır. Həkimin təyin etdiyi dərmanlar ya orqanizmin immunitetini qaldıraraq, kompensator funksiyanın daha da aktivləşməsinə və ya xəstəlik törədici virusların aradan qaldırılmasına səbəb olur. Tərəfinizdən təyin olunan dərmanlar isə əksinə ya immuniteti aşağı sala bilər və ya xəstəlik törədicinin daha da artıb çoxalmasına səbəb ola bilər.