Statistikaya görə, əvvəlki 28 günlə müqayisədə dünyada koronavirusdan ölənlərin sayı 65%, yoluxanların sayı 58% azalıb.

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Ümumdünya Səhiyyə Təşkilatı məlumat verib. Məlumata görə, son 4 həftədə dünyada 4 milyon 500 min yoluxma qeydə alınıb. 32 min insan isə koronavirusdan ölüb.

Bu müddətdə ən çox yoluxma halı ABŞ-da olub: 1 milyon 27 min 596. Sonrakı sıralarda Yaponiya (539 251), Çin (454 575), Almaniya (379 505) və Rusiya (345 384) var.