Koronavirusdan ölən qadının vəfatı beş il sonra qeydə alındı

Beş il əvvəl Bakıda vəfat edən Ağdam sakininin ölüm faktı bu il qeydə alınıb. Belə ki, ərizəçi şəxsin həyat yoldaşı 2020-ci ildə Bakı şəhəri Suraxanı rayonunda vəfat edib və həmin rayondakı Koroğlu qəbiristanlığında dəfn olunub. Kişi arvadının ölüm haqqında şəhadətnaməsini almaq üçün aidiyyəti orqanlara müraciət edib, ancaq qadının adına ölümə əsas verən zəruri sənədlər olmadığından məhkəməyə müraciət etməsi bildirilib.
Xəbərlər yüklənir...









