“Dünyada koronavirus infeksiyasına yoluxma hallarının artacağını gözlənilir. Amma peyvənd və terapevtik vasitələrimiz var”.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, COVİD-19-un omikron ştamı qlobal miqyasda dominant versiya olaraq qalır: “Bundan başqa, əməkdaşlarımız 300-dən çox alt variantı müşahidə edirlər”.

Baş direktor əhalini vaksinasiyaya çağırıb.

Qeyd edək ki, koronavirusa ilk dəfə 2019-cu ilin dekabr ayında Çində rast gəlinib. ÜST 2020-ci ilin fevral ayında bu xəstəliyi pandemiya elan edib. İndiyədək 358,549,410 nəfərdən çox insan bu virusa yoluxub. Bunların 300 milyondan çoxu sağalıb, 5,615,597 çoxu isə ölüb.