“Koronavirus testləri istəyə uyğun həyata keçirilmir”.
Bunu Modern.az-a, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva bildirib.
R.Əliyeva qeyd edib ki, aprelin 21-də açıqlanan son statistikaya əsasən Azərbaycanda indiyədək edilən testlərin sayı 102 764-dür:
“Test edilənlərin siyahısna həm koronavirusa yoluxan xəstələr, həm karantində olanlar, həm də özündə hansısa şübhəli əlamətlər hiss edərək, “103”ə müraciət edənlər daxildir. Hələlik müayinələr bu istiqamətdə aparılır”.