Covid-19 pandemiyası ilə bağlı yeni araşdırma təəccüblü bir faktı üzə çıxarıb. Belə ki, Covid-19 pandemiyası nəticəsində 2019-2021-ci illər arasında dünya üzrə gözlənilən ömür uzunluğu 1,5 ildən çox azalıb.

İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı Vaşinqton Universitetinin Sağlamlıq Ölçmələri və Qiymətləndirilməsi İnstitutu məlumat yayıb.

Araşdırma göstərib ki, 2019-2021-ci illər arasında dünya üzrə gözlənilən ömür uzunluğu 1,5 ildən çox azalıb . Bildirilib ki, koronavirus bütün dünyada böyüklərə daha pis təsir göstərib. Pandemiya dövründə ölkələrin və bölgələrin 84%-də gözlənilən ömür uzunluğu azalıb.

Qeyd edək ki, gözlənilən ömür uzunluğu insanın orta hesabla nə qədər yaşadığını göstərən statistik ölçüdür.

 

Gözəl Həşimova